Bank Of Baku

Ermənistanda Azərbaycanı dost sayanlar da var

Ermənistanda Azərbaycanı dost sayanlar da var
# 25 noyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Avrasiya monitoru” adlı beynəlxalq tədqiqat agentliyi MDB ölkələrinin vətəndaşları arasında keçirilən sorğunun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, sorğuda respondentlərə dost saydıqları ölkələri seçmək təklif olunub. Eyni zamanda onlara vətəndaşı olduqları dövlətin hansı ölkələr və birliklərlə inteqrasiyasını istədikləri ilə bağlı sual da ünvanlanıb. Rəyi soruşulan Azərbaycan vətəndaşlarının 39%-i MDB və Baltik ölkələrinin heç birini Azərbaycana dost saymadıqlarını bildiriblər. Onlardan 31%-i Türkiyə ilə, 25%-i Avropa Birliyi ilə yaxınlığın və inteqrasiyanın tərəfdarıdır. Respondentlərin 21%-i Gürcüstanı, 20%-i Ukraynanı dost adlandırıb.

Ermənistanda əhalinin mütləq əksəriyyəti - 82%-i Rusiyanı dost sayır. Rəyi soruşulan ermənilərin 16%-i Gürcüstanı, 1%-i isə Azərbaycanı dost hesab edir.

Gürcüstanda əksər respondentlər Ukraynanı (69%) dost ölkə sayır. Azərbaycanı dost adlandıran Gürcüstan vətəndaşlarının sayı da az deyil – 41%.

Rusiyada isə sorğu iştirakçılarının 48%-i Belarusu, 33%-i Qazaxıstanı, 12%-i Azərbaycanı dost kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR