Bank Of Baku

Mixail Saakaşvili paytaxtı Suxumiyə köçürmək istəyirmiş

Mixail Saakaşvili paytaxtı Suxumiyə köçürmək istəyirmiş
# 25 noyabr 2008 16:43 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan hakimiyyəti Cənubi Osetiyadakı müharibədən əvvəl - 2008-ci ilin may ayında Abxaziyada hərbi əməliyyat keçirməyi planlaşdırıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanda avqust ayında baş verən hadisələri araşdıran müvəqqəti parlament komissiyasının iclasında ölkənin Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvili deyib. O, hərbi əməliyyat planının hazırlanması üçün İsraildən təlimatçılar cəlb olunduğunu bildirib. Əməliyyata mayın sonunda başlamaq nəzərdə tutulsa da, sonradan bundan imtina edilib. Diplomat bu barədə müzakirələrin onun da iştirakı ilə prezident Mixail Saakaşvilinin rəhbərliyi altında aparıldığını söyləyib. E. Kitsmarişvili hətta M. Saakaşvilinin iclasların birində avqust ayında paytaxtın Suxumiyə köçürüləcəyini dediyini də iddia edib.

Keçmiş səfir Cənubi Osetiyada geniş miqyaslı hərbi əməliyyat keçirməyin ilk dəfə 2004-cü ilin yayında M. Saakaşvilinin iştirakı ilə müzakirəyə çıxarıldığını, ancaq ölkə buna hazır olmadığı üçün əməliyyatdan imtina edildiyini açıqlayıb. Həmin vaxt baş nazir Zurab Jvaniya bu ideyaya qarşı çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR