Bank Of Baku

Vladiqafqazın meri qətlə yetirilib

Vladiqafqazın meri qətlə yetirilib
# 26 noyabr 2008 08:39 (UTC +04:00)
Vladiqafqaz – APA. Bu gün Moskva vaxtı ilə saat 9.00-da Şimali Osetiyanın paytaxtı Vladiqafqazın meri Vitali Karayev öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Şimali Osetiya prezidenti Taymuraz Mamsurov bildirib.

T. Mamsurov sui-qəsdin motivləri ilə bağlı hələlik heç bir versiya səsləndirmək istəmədiyini deyib: “Karayev bu postda yeni işə başlayıb”. Prezident baş vermiş qətl hadisəsi ilə bağlı fövqəladə toplantı keçirəcəyini qeyd edib.

Hüquq-mühafizə orqanları isə xəbər verir ki, naməlum şəxslər merin maşınını Vladiqafqazın Kalinin küçəsində gülləbaran ediblər. 46 yaşlı mer aldığı çoxsaylı güllə yaraları ilə xəstəxanaya çatdırılsa da, orada ölüb. Güllələrdən bir neçəsi onun ürəyindən dəyib.

Xatırladaq ki, V. Karayev 2008-ci ilin fevralında Şimali Osetiya paytaxtının meri təyin olunub.

Qeyd edək ki, bu il noyabrın 11-də hüquq-mühafizə orqanlarına Vladiqafqaz meriyasının binasına bomba qoyulması barədə anonim zəng olub. Lakin sonra bu məlumatın yalan olduğu məlum olub. noyabrın 6-da isə sərnişin marşrutunda partlayış törədilib. Qadım-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR