Bank Of Baku

Gürcüstanın Rusiyadakı sabiq səfiri Mixail Saakaşvilini məhkəməyə vermək niyyətindədir

Gürcüstanın Rusiyadakı sabiq səfiri Mixail Saakaşvilini məhkəməyə vermək niyyətindədir
# 26 noyabr 2008 14:51 (UTC +04:00)
Moskva – APA. Gürcüstanın Rusiyadakı sabiq səfiri Erosi Kitsmarişvili Gürcüstan prezidenti Mixail Saakaşvilini məhkəməyə vermək niyyətindədir. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, diplomat 2004-cü ildə əlindən alındığını iddia etdiyi “Rustavi-2” telekanalındakı payının geri qaytarılmasını istəyir. O, hazırda telekanala Mixail Saaakaşvilinin nəzarət etdiyini, bu səbəblə məhz onu məhkəməyə vermək qərarına gəldiyini bildirib.

Xatırladaq ki, E. Kitsmarişvili “Rustavi-2” televiziyasının sahiblərindən biri və baş direktoru olub. O, 2004-cü ildə payını satıb və baş direktorluqdan gedib. E. Kitsmarişvili 2008-ci ilin yazında Rusiyaya səfir göndərilib və Cənubi Osetiya müharibəsi ərəfəsində geri çağırılıb. Bir qədər sonra isə vəzifəsindən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR