Bank Of Baku

Daniel Frid: “Gürcüstan və Ukraynanın NATO-ya üzv olması üçün illər lazımdır”

Daniel Frid: “Gürcüstan və Ukraynanın NATO-ya üzv olması üçün illər lazımdır”
# 26 noyabr 2008 15:49 (UTC +04:00)
Vaşinqton – APA. ”Gürcüstan və Ukraynanın NATO-ya üzv olması üçün illər lazımdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin müavini Daniel Frid deyib. O bildirib ki, Gürcüstan və Ukrayna alyansın tələblərinə cavab vermək üçün çoxlu iş görməlidir və alyans üzvləri bunu anlayır: “Ukrayna və Gürcüstana üzvlük üçün fəaliyyət planı verilməsi yalnız bir müddət sonra mümkün ola bilər. Söhbət illərdən gedir və gürcülərlə ukraynalılar bunu bilir”.

D. Frid avropalı müttəfiqlərin kəskin etirazı ucbatından qarşıdakı Brüssel toplantısında Tiflis və Kiyevə üzvlük üçün fəaliyyət planı verilməsinə ümid etmədiklərini gizlətməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR