Bank Of Baku

Ukrayna Rusiya qazının tranzit qiymətini artırmaq istəyir

Ukrayna Rusiya qazının tranzit qiymətini artırmaq istəyir
# 27 noyabr 2008 10:20 (UTC +04:00)
Kiyev – APA. “Naftoqaz Ukrainı” şirkəti 2009-cu ildə təbii qazın tranzit qiymətinin artırılması üçün Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparır. APA-nın məlumatına görə, bunu “Kommersant-Ukraina” qəzetinə müsahibəsində “Naftoqaz”ın İdarə Heyətinin sədri Oleq Dubina deyib. O. Dubina bu məsələnin danışıqlarda “bazarlıq” mövzusu olduğunu söyləyib: “Əgər məni sıxırlarsa, mən də eyni üsulla cavab verməliyəm”. Dövlət məmuru bildirib ki, 2009-cu ildə Rusiya Ukraynaya satdığı təbii qazın qiymətini 400 dollara qaldırarsa, Kiyev də öz növbəsində qazın ölkə ərazisi ilə Avropaya tranziti üçün qiyməti yüksəldə bilər: “Ona görə də mən “Qazprom”a deyirəm: qiyməti artırmaq olar, amma nə üçün? Artırılan qiymətlər özümüzə geri qayıdacaq. Bu cür şişirdilmiş şəkildə kapitalistləşmə kimə lazımdır?!” Təbii qazın və onun tranzit qiymətinin artmasından Ukraynanın uduzub-uduzmayacağına dair sualı O. Dubina belə cavablandırıb: “Uduzacaq. Ona görə də biz deyirik ki, baş nazirlər arasında imzalanmış hökumətlərarası saziş yerinə yetirilməli və qiymətlər tədricən artmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR