Bank Of Baku

Leninin Kiyevdəki 8 heykəli söküləcək

Leninin Kiyevdəki 8 heykəli söküləcək
# 27 noyabr 2008 14:26 (UTC +04:00)
Kiyev – APA. Yaxın günlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində 10 monument, o cümlədən Leninin 8 heykəli söküləcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Kiyev şəhər dövlət administrasiyasının sədr müavini Sergey Rudık bildirib ki, paytaxtda cinayətkar fəaliyyəti sübut olunmuş şəxslərin heykəllərinin olması yolverilməzdir: “Bizdə heykəli qoyulmuş şəxsin Qolodomorun və siyasi repressiyaların təşkilinə bilavasitə aidiyyəti olub-olmadığına dair ciddi elmi institut tərəfindən təsdiqlənmiş arxiv xarakterli arayış yaradılmalıdır”. O, Mədəniyyət və Turizm Nazirliyinin Kiyev rəhbərliyinin müraciəti əsasında 11 monumental sənət obyektini daşınmaz abidələrin dövlət reyestrindən çıxardığını, onlardan 1-nin artıq söküldüyünü açıqlayıb. S. Rudıkın sözlərinə görə, Leninin Taras Şevçenko bulvarındakı məşhur abidəsi də sökülməlidir, ancaq həmin abidə milli əhəmiyyətli abidələr siyahısında olduğu üçün bu barədə qərarı Nazirlər Kabineti qəbul etməlidir. O hesab edir ki, milli əhəmiyyətli abidələr siyahısında olan və sovet hökuməti uğrunda canını qurban vermiş çekistlərin heykəlləri də sökülməlidir: “Müəyyən marginal siyasi qüvvələrin mümkün müqavimətinə baxmayaraq, milli cinayətkarların paytaxt üçün heç bir mədəni və ya tarixi dəyəri olmayan heykəllərini mütləq sökəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR