Bank Of Baku

Polşa prezidentinin mühafizə xidmətinin rəhbəri vəzifədən çıxarılıb

Polşa prezidentinin mühafizə xidmətinin rəhbəri vəzifədən çıxarılıb
# 27 noyabr 2008 14:59 (UTC +04:00)
APA-nın məlumatına görə, Polşa mətbuatı bu qərarın Gürcüstanda baş vermiş insidentlə əlaqədar olduğunu yazıb. K. Olşovts prezidentin mühafizəsini lazımi səviyyədə təşkil edə bilməyib. Dövlət başçısı şəxsən özü qərarın əleyhinə çıxsa da, baş nazir Donald Tusk K. Olşovtsun vəzifədən çıxarılmasına razılıq verib. Ölkə rəhbərliyindəki şəxslərin mühafizəsi ilə məşğul olan Mühafizə Bürosu məhz hökumətə tabedir.
Xatırladaq ki, ötən bazar günü “qızılgül inqilabı”nın 5-ci ildönümü ilə bağlı Gürcüstana gedən Lex Kaçinski həmkarı Mixail Saakaşvili ilə birlikdə hava limanından birbaşa avqust hadisələri zamanı evlərini tərk etməyə məcbur olmuş qaçqınların Cənubi Osetiya yaxınlığındakı düşərgəsinə yollanıb. Prezidentlər Rusiya hərbçiləri və separatçıların Axalqoridəki postuna yaxınlaşarkən avtomat silahlardan atəş açılıb və onlar geri dönməyə məcbur olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR