Bank Of Baku

Moskvada gürcü biznesmen qətlə yetirilib

Moskvada gürcü biznesmen qətlə yetirilib
# 28 noyabr 2008 07:04 (UTC +04:00)
Moskva – APA. Noyabrın 28-də Moskvanın mərkəzində zirehli “Porsche Cayenne” avtomobili avtomat silahdan atəşə tutulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sükan arxasında olan şəxs həlak olub. Onun kimliyi artıq müəyyənləşib. Öldürülən şəxs gürcü əsilli biznesmendir. Lakin mərhumun adı istintaq maraqlarına görə hələlik açıqlanmır.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Moskva vaxtı ilə saat 5.00 radələrində Trifonovsk küçəsi, 57 ünvanda milislər ağaca çırpılmış cip aşkarlayıblar. Sürücünün üzərində bir neçə güllə yeri olub. İlkin məlumata görə, 7,62 mm çaplı avtomatdan avtomobilə ən azı 20 atəş açılıb.

Faktla bağlı “qətl” və “qanunsuz silah gəzdirmə” maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR