Bank Of Baku

Dmitri Roqozin: “ABŞ Saakaşvilinin yerinə Burcanadzeni hakimiyyətə gətirəcək”

Dmitri Roqozin: “ABŞ Saakaşvilinin yerinə Burcanadzeni hakimiyyətə gətirəcək”
# 28 noyabr 2008 12:49 (UTC +04:00)
Moskva – APA. “ABŞ Gürcüstan prezidenti Mixail Saakaşvilini hakimiyyətdən kənarlaşdırmaq istəyir”. APA-nın məlumatına görə, bunu “Vesti” telekanalına müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin deyib. D. Roqozin bildirib ki, Gürcüstanın NATO-dakı dostları M. Saakaşvili ilə bağlı ciddi şəkildə məyus olublar: “Saakaşvili Vaşinqton ”obkom”unun onun barəsində qərar verdiyini bilir. Artıq Gürcüstanı idarə etmək üçün başqa lider hazırlanır. Böyük ehtimalla bu, Nino Burcanadze olacaq”. D. Roqozinin sözlərinə görə, N. Burcanadze artıq ABŞ-da “baxış”dan keçib və bəyənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR