Bank Of Baku

Mixail Saakaşvili: “Sxinvalini nəzarətə götürmək üçün hərbi əməliyyat keçirmək qərarı ağır qərar idi”

Mixail Saakaşvili: “Sxinvalini nəzarətə götürmək üçün hərbi əməliyyat keçirmək qərarı ağır qərar idi”
# 28 noyabr 2008 15:45 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili avqust hadisələrini araşdıran müvəqqəti parlament komissiyasının iclasında çıxış edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, M. Saakaşvili Cənubi Osetiyada hansı səbəbdən hərbi əməliyyat keçirməyə qərar verdiklərinə aydınlıq gətirib: “Bəli, biz Sxinvalini nəzarətə götürmək üçün hərbi əməliyyat keçirmək qərarına gəldik. Bu, bizim üçün ağır qərar idi, amma başqa bir dövlətin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsinin Gürcüstan sərhədində olduğu bir vaxtda vətənin, dinc sakinlərin müdafiəsi məqsədilə belə bir qərar qəbul olundu. Biz Rusiya qoşunlarının ölkəmizə təcavüzə hazırlaşdığı və sərhədi keçməyə başladığı barədə həm açıq, həm də gizli məlumatlar alırdıq”.

M. Saakaşvili hadisələrin bu cür inkişafının qarşısını almaq üçün avqust ayında dəfələrlə Rusiya rəhbərliyi ilə əlaqə saxlamağa çalışdığını, amma bütün cəhdlərinin nəticəsiz qaldığını söyləyib: “Avqustun 6-da axşam Medvedevlə əlaqə saxlamağa cəhd etdim. Amma bizə cavab verdilər ki, hələlik bunun məqamı yetişməyib və prezidentlərin danışması tezdir. Ayın 8-də və 9-da Medvedev və Putinlə əlaqə yaratmağa çalışdım. Yenə nəticəsiz oldu”.

M. Saakaşvili Rusiyanın keçmiş prezidenti və indiki baş naziri Vladimir Putinlə sonuncu görüşlərindən biri haqqında da danışıb. Onun sözlərinə görə, ağır keçən görüşdə V. Putin ikitərəfli aviasiya əlaqələrinin bərpasını, Rusiya bazarını gürcü çaxırları üçün açacağını vəd edib, münaqişələrə gəldikdə isə bu məsələdə Rusiyanın addımlarının ABŞ və Avropaya cavab olacağını vurğulayıb. Söhbətdə iştirak edən xarici işlər naziri (indiki parlament sədri) David Bakradzenin görüşdən sonra “Putin bizi müharibə ilə hədələyir” dediyini xatırladan M. Saakaşvili onun özündə də bu cür təəssürat yarandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR