Bank Of Baku

Mixail Saakaşvili Vladimir Putinə “liliputin” demədiyini bildirib

Mixail Saakaşvili Vladimir Putinə “liliputin” demədiyini bildirib
# 28 noyabr 2008 15:54 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Vladimir Putin haqqında heç vaxt alçaldığı və təhqiramiz ifadələr işlətmədiyini bəyan edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, avqust hadisələrini araşdıran parlament komissiyasının üzvlərindən birinin Rusiyanın baş nazirini “liliputin” adlandırdığı barədə iddiaların doğru olub-olmadığı barədə sualına cavabında nə şəxsi söhbətlərdə, nə də açıq görüşlərdə, toplantılarda - heç yerdə bu sözdən istifadə etmədiyini bildirib. O, Rusiya rəhbərliyi ilə yaxşı münasibət qura bilmədiklərini də etiraf edib: “Avropa liderləri və Buşla insani və dostluq münasibətlərim var. Rusiya ilə təəssüf ki, alınmadı. Çünki qarşı tərəfin belə bir arzusu yox idi”. M. Saakaşvili iki ölkə münasibətlərində yaranan böhranın şəxsi münasibətlərdən qaynaqlanmadığını və bunun təməl səbəbləri olduğu söyləyib: “Onlar bizi bərabərhüquqlu tərəfdaş saymırdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR