Bank Of Baku

Çeçenistanda atışma zamanı milis əməkdaşı öldürülüb

Çeçenistanda atışma zamanı milis əməkdaşı öldürülüb
# 29 noyabr 2008 08:11 (UTC +04:00)
Bakı – APA. Çeçenistanda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yaraqlılar arasında baş verən atışma nəticəsində bir milis əməkdaşı həlak olub, beşi yaralanıb. APA-nın Rusiyanın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə noyabrın 28-də Çeçenistanın Dağıstanla sərhədi yaxınlığında, Nojay-Yurt rayonunda baş verib. İlkin məlumatlara əsasən, toqquşmada iştirak edən yaraqlıların sayı 20 nəfərdən çox olub.
Şimali Qafqazda qoşunların birləşmiş qruplaşması qərargahından bildirilib ki, milis əməkdaşları Simsir yaşayış məntəqəsi yaxınlığında meşə massivində naməlum silahlı şəxslər qrupunu aşkar edərkən, onlar tərəfindən avtomat silahından atəşə tutulub.
Hazırda toqquşma ərazisi mühasirəyə alınıb, yaraqlıların axtarışı əməliyyatları aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR