Bank Of Baku

Cənubi Osetiyadan qaçqın düşmüş gürcü ailələrinin Marneulidəki hərbi şəhərciyə köçürülməsinə başlanılıb

Cənubi Osetiyadan qaçqın düşmüş gürcü ailələrinin Marneulidəki hərbi şəhərciyə köçürülməsinə başlanılıb
# 29 noyabr 2008 13:53 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Marneuli şəhərindən 25 km aralıda yerləşən, əvvəllər Rusiyanın hərbi hissəsi olmuş şəhərciyə 54 gürcü qaçqın ailəsi köçürülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu qaçqınlar avqust ayında baş vermiş müharibə nəticəsində Cənubi Osetiya ərazisindəki gürcü kəndlərindən didərgin düşüblər. Gürcüstan prezidentinin göstərişinə əsasən, rus hərbiləri tərəfindən dağıdılmış 7 yaşayış binası əsaslı təmir edilib.

Marneuli Rayon Sakrebulosunun sədri Ayvaz İsmayılov APA-ya bildirib ki, şəhərciyə ümumilikdə 300 qaçqın ailəsi köçürüləcək. Onların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlət tərəfindən 4 milyon lari məbləğində vəsait ayrılıb. Qaçqın ailələri yaşayış üçün lazım olan gündəlik tələbat malları ilə təmin olunub, onlara yeni mebel, televizor, soyuducu, yorğan-döşək, qab-qacaq, xeyli miqdarda ərzaq məhsulu verilib.

Digər qaçqın ailələri isə şəhərciyə tədricən köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR