Bank Of Baku

İnquşetiyada sabiq prokurorun ailəsinə sui-qəsd edilib

İnquşetiyada sabiq prokurorun ailəsinə sui-qəsd edilib
# 01 dekabr 2008 07:59 (UTC +04:00)
Nazran-APA. İnquşetiyada Nazran rayonunun sabiq prokuroru Qirixan Xazbiyevin ailəsinə sui-qəsd olub. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, naməlum şəxslər Xazbiyevin evinin həyətinə əl qumbarası atıblar. Partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisə zamanı evdə yalnız sabiq prokurorun bacısı və qardaşı olub. Sui-qəsdçilərin axtarışı davam edir. Rəsmi orqanlar sabiq prokuror Qirixan Xazbiyevin hazırda İnquşetiyadan kənarda yüksək vəzifədə çalışdığını bildirirlər. Qeyd edək ki, bu, sabiq prokurora qarşı törədilən ikinci sui-qəsd faktıdır. 2006-cı ildə onun evinin qarşısında iki partlayış törədilib. Hadisə nəticəsində Qirixan Xazbiyev xəsarət almasa da, onun 27 yaşlı qardaşı həlak olub, ailə üzvlərindən 13 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR