Bank Of Baku

Gürcü-osetin münaqişə zonasında yenidən gərginlik yaranıb

Gürcü-osetin münaqişə zonasında yenidən gərginlik yaranıb
# 01 dekabr 2008 08:06 (UTC +04:00)
Sxinvali-APA. Gürcü-osetin münaqişə zonasında yenidən gərginlik yaranıb. APA-nın məlumatına görə, Cənubi Osetiyadakı separatçı rejim osetin kəndlərinin Gürcüstan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu bəyan ediblər. “Cənubi Osetiyanın müdafiə naziri” İbrahim Qasseyev bildirib ki, osetin kəndləri gürcülərin yaşadığı Kveşi kəndi tərəfindən iri kalibrli silahlardan atəşə tutulub: “Biz Gürcüstanın bu növbəti təxribatına uymadıq, bununla belə respublikanın bütün hərbi birləşmələri döyüş vəziyyətinə gətirilib”. Qeyd edək ki, İbrahim Qasseyev bir gün əvvəl Sxinvali şəhərinin də gürcülər tərəfindən atəşə tutulduğunu bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR