Bank Of Baku

Rusiya ordusunda 200 min hərbçi ixtisar olunacaq

Rusiya ordusunda 200 min hərbçi ixtisar olunacaq
# 01 dekabr 2008 14:40 (UTC +04:00)
Moskva-APA. Rusiya ordusunda 200 minə yaxın hərbi qulluqçu ixtisara salınacaq. APA-nın məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 22 noyabr tarixli təlimatında orduda təlim-tərbiyə işləri üzrə zabit heyətinin sayı 17,490 nəfərdən 4,916 nəfərədək azaldılması nəzərdə tutulur. İxtisar olunacaq heyətin əksəriyyətini leytenant və kapitan rütbəli zabitlər təşkil edir. Orduda ixtisarlar əsasən quru qoşunlarının, Baş Kəşfiyyat İdarəsinin, Baş Qərargahın Operativ İdarəsinin şəxsi heyətinin əhatə edəcək. Bundan başqa hərbi həkimlər, jurnalistlər və hüquqşünasların böyük qismi ordu ilə vidalaşmalı olacaq. Ümumilikdə ixtisarlardan sonra ordunun şəxsi heyətinin sayı 1 milyon nəfərə enəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR