Bank Of Baku

Ukrayna “Qazprom”a olan borcunun bir qismini ödəyib

Ukrayna “Qazprom”a olan borcunun bir qismini ödəyib
# 02 dekabr 2008 09:04 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın “Naftoqaz” dövlət şirkəti səhmlərinin 50%-i “Qazprom”a məxsus olan vasitəçi şirkət – “RosUkrEnerqo”ya olan borcunun dekabrın 1-nə qədər ödəməyi vəd etdiyi 550 milyon dollarlıq hissəsinin 300 milyonunu ödəyib. APA-nın “Kommersant-Ukraina” qəzetinə istinadən verdiyi məlumata görə, “Naftoqaz” qalan 250 milyon dolları dekabrın 2-də ödəyəcəyini açıqlayıb. Ukrayna tərəfi borcunu ödədikdən sonra “Qazprom” bu ölkə ilə təbii qazın ixracına dair danışıqları bərpa edəcək. Rusiya şirkəti 2,4 milyard dollarlıq borcun 2009-cu il yanvarın 1-nə qədər ödənməsini istəyir. “Naftoqaz”dan da dekabrın sonuna qədər borcun qapanacağına ümid etdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR