Bank Of Baku

Liberal Partiyası liderinin bacısı öldürülüb

Liberal Partiyası liderinin bacısı öldürülüb
# 02 dekabr 2008 11:48 (UTC +04:00)
İrəvan – APA. Ermənistan Liberal Partiyasının lideri Ovanes Ovanisyanın bacısı öldürülüb və onun evi qarət olunub. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, Liberal Partiyasının lideri, Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin üzvü O. Ovanisyanın İrəvan şəhərində, Nalbandyan 110 ünvanındakı binada yaşayan bacısı naməlum şəxs tərəfindən qətlə yetirilib. Polisdən bildiriblər ki, 60 yaşlı Tamara Ovanisyanın boyun hissəsinə kəsici alətlə üç zərbə endirilib. Mənzildən 370 min erməni dramı, 2 min 540 avro və 570 dollar pul oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR