Bank Of Baku

Viktor Yuşşenko Rusiya ilə münasibətlərin inkişafı üzrə xüsusi nümayəndə təyin edib

Viktor Yuşşenko Rusiya ilə münasibətlərin inkişafı üzrə xüsusi nümayəndə təyin edib
# 02 dekabr 2008 13:36 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Rusiyadakı səfir Konstantin Qrişşenkonu bu ölkə ilə münasibətlərin inkişafı üzrə xüsusi nümayəndə təyin edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, K. Qrişşenko hazırda Ukrayna-Rusiya münasibətlərində hər şeyin qaydasında olmadığını deyib. O bildirib ki, iqtisadi böhran şəraitində birgə addımlar atılarsa, hər iki ölkə bu böhrandan ən az itki ilə çıxa bilər. Səfir onu da əlavə edib ki, Ukraynanın dövlət orqanları vahid xətt yürütməli, problemlərin gərginləşdirilməsinə yox, həllinə çalışmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR