Bank Of Baku

Rusiya Təhlükəsizlik Şurası ilə Dövlət Şurasının MDB ilə bağlı birgə toplantısı keçiriləcək

Rusiya Təhlükəsizlik Şurası ilə Dövlət Şurasının MDB ilə bağlı birgə toplantısı keçiriləcək
# 03 dekabr 2008 12:01 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev beynəlxalq münasibətlər sahəsi ilə bağlı Kreml administrasiyası, hökumət və Milli Təhlükəsizlik Şurasına bir sıra tapşırıqlar verib. APA-nın məlumatına görə, Kremlin mətbuat xidmətindən bildiriblər ki, bu tapşırıqlar prezidentin noyabrın 5-də Federal Şuraya müraciətində göstərilən məqsədlərin reallaşdırılmasına yönəlib. D. Medvedev Rusiyanın MDB məkanındakı siyasəti mövzusunda Təhlükəsizlik Şurası ilə Dövlət Şurasının birgə toplantısının hazırlanmasına göstəriş verib. O, ABŞ-dakı prezident seçkilərinin nəticələri nəzərə alınmaqla bu ölkə ilə münasibətlərin sonrakı inkişafına dair təkliflər verilməsini istəyib. D. Medvedev Rusiyada beynəlxalq maliyyə mərkəzinin yaradılması üçün normativ-hüquqi aktların layihəsinin hazırlanması və Rusiya rublunun beynəlxalq rolunun gücləndirilməsinə yönəlmiş təkliflərin hazırlanmasını da tapşırıb. Bundan başqa, hakimiyyət orqanları ölkə daxilində miqrasiya proseslərinin və xarici miqrasiyanın mexanizmlərinin optimallaşdırılması üçün təkliflər hazırlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR