Bank Of Baku

Britaniyalılar “Odnoklassniki” saytını rusiyalı Albert Popkovun əlindən almaq istəyir

Britaniyalılar “Odnoklassniki” saytını rusiyalı Albert Popkovun əlindən almaq istəyir
# 04 dekabr 2008 10:08 (UTC +04:00)
London – APA. Böyük Britaniyanın “i-CD Publishing”, “Carlene İnvestment Ltd.” və “Passado Ltd.” şirkətləri “odnoklassniki.ru” saytının yaradıcısı Albert Popkovu məhkəməyə verməyə hazırlaşırlar. APA-nın “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, britaniyalılar bu ticarət nişanının, domenin və proqram təminatının sahibi kimi “i-CD”nin tanınmasını və A. Popkovun layihədən qazandığı maliyyə vəsaitini geri almaq istəyirlər. Müvafiq iddia London Ali Məhkəməsində hələ bu ilin fevralında qaldırılıb. İddiaçılar bildirirlər ki, “odnoklassniki.ru” saytı 3 il “i-CD”nin istehsal şöbəsinə rəhbərlik etmiş A. Popkov tərəfindən məhz “i-CD” üçün işlənib və bu səbəblə geri qaytarılmalıdır. Məhkəmə işə 1 il sonra baxmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR