Bank Of Baku

Vladimir Putin: “Rusiya Abxaziya və Cənubi Osetiyadan getməyə hazırlaşmır”

Vladimir Putin: “Rusiya Abxaziya və Cənubi Osetiyadan getməyə hazırlaşmır”
# 04 dekabr 2008 13:08 (UTC +04:00)
Moskva – APA. “Rusiya Gürcüstanın ərazi bütövlüyünün bərpasına kömək etməyə hazır idi, lakin bu ölkənin Cənubi Osetiyaya təcavüzü Gürcüstanı bu şansdan məhrum etdi”. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, bunu birbaşa efirdə vətəndaşların suallarını cavablandıran Rusiyanın baş naziri Vladimir Putin deyib. V. Putin bildirib ki, Gürcüstanın bu addımı təkcə Rusiya və onun vətəndaşlarına qarşı yox, gürcü xalqı və dövlətçiliyinə qarşı da cinayətdir: “Nəticədə Gürcüstanın ərazi bütövlüyünə dəhşətli zərbə vuruldu. Əgər bu təcavüz olmasaydı, Rusiya yəqin ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün səylərini davam etdirərdi”. Hökumət başçısının fikrincə, avqust hadisələrindən sonra aydın oldu ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası mümkün deyil və gələcəkdə bu bölgədə qan tökülməsinin qarşısını alacaq tədbirlər görmək lazımdır: “Cənubi Osetiya və Abxaziya ilə imzalanmış qarşılıqlı yardım haqqında müqavilələr Rusiyanın bu bölgədən getməyə hazırlaşmadığına dair ən yaxşı təminatdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR