Bank Of Baku

“Vladimir Putinlə söhbət”ə 1 milyon 310 min telefon zəngi və 550 min SMS daxil olub – FOTOSESSİYA

“Vladimir Putinlə söhbət”ə 1 milyon 310 min telefon zəngi və 550 min SMS daxil olub – <font color=red>FOTOSESSİYA </font>
# 04 dekabr 2008 14:23 (UTC +04:00)
Moskva – APA. Rusiyanın baş naziri Vladimir Putin canlı televiziya və radio efirində növbəti dəfə vətəndaşların suallarını cavablandırıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, “Vladimir Putinlə söhbət” adlı proqrama 1 milyon 310 min telefon zəngi və 550 min SMS daxil olub. Müxtəlif mövzularda sualları cavablandıran baş nazir dünya maliyyə böhranında ABŞ-ı günahlandırıb. O bildirib ki, iqtisadiyyatlarını bu hala gətirən amerikalılar daha sonra bütün dünyanı bu böhrana yoluxdurublar. Buna baxmayaraq, V. Putin sosial vədlərini və yatırım planlarını ixtisara salmayacaqlarını, maaşları, pensiya və müavinətləri artıracaqlarını bəyan edib: “Maliyyə böhranının neqativ nəticələrini aşmaq üçün Rusiyanın kifayət qədər ehtiyatı var. Qızıl-valyuta ehtiyatlarının həcminə görə dünyada üçüncü ölkəyik. Buz bu ehtiyatları böhran vəziyyətlərində istifadə etmək üçün toplamışıq”. Hökumət başçısı ölkədə, o cümlədən Moskva və Sankt-Peterburqda mənzillərin qiymətinin aşağı düşəcəyini, 2009-cu ildə daxili bazarda benzinin qiymətini də azaltmaq üçün tədbirləri davam etdirəcəklərini söyləyib.
V. Putin gələn ildən Ukraynaya təbii qazın indiki qiymətlə satılmasının mümkün olmadığını vurğulayıb. O, hazırda Ukraynanın Rusiya qazını Avropaya nisbətən iki dəfə ucuz qiyməyə aldığını deyib: “Aramızda mürəkkəb dialoq gedir və ukraynalı tərəfdaşlarımız hələ də borclarını ödəməyiblər. 2,5 milyard dollarlıq bu borc “Qazprom” və ümumilikdə ölkə üçün az pul deyil”.
Rusiyanın hökumət başçısı Barak Obamanın prezident seçilməsindən sonra ABŞ-la münasibətlərdə pozitiv dəyişikliklərə ümid etdiklərini vurğulayıb: “Artıq bu cür siqnallar daxil olur. Biz Gürcüstan və Ukraynanın NATO-ya qəbulu, Polşada radar yerləşdirilməsi məsələlərində tələsmədiklərini görürük. Biz Rusiya ilə münasibətləri onun maraqlarını nəzərə almaqla qurmaq barədə çağırışlar eşidirik. Əgər bunlar boş sözlər deyilsə və praktik siyasətə çevriləcəksə, əlbəttə, bizim reaksiyamız da adekvat olacaq və amerikalı tərəfdaşlarımız dərhal bunu hiss edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR