Bank Of Baku

Litva Rusiyadan kompensasiya tələb edəcək

Litva Rusiyadan kompensasiya tələb edəcək
# 05 dekabr 2008 08:04 (UTC +04:00)
Vilnüs-APA. Litvanın yeni baş naziri Andrüs Kubilyüs Rusiya ilə münasibətlərə dair öz mövqeyini açıqlayıb. APA-nın məlumatına görə, baş nazir Rusiya ilə münasibətləri hökumət proqramının ayrıca bölməsi kimi gördüyünü bildirib. Baş nazirin yaydığı açıqlamada bildirilir ki, yeni hökumət Avropa İttifaqı və NATO-nun Rusiya ilə münasibətlərə yenidən baxmaq siyasətində aktiv iştirak edəcək. Digər tərəfdən Litva hökuməti SSRİ tərəfindən törədilmiş işğal faktının nəticələrinin aradan qaldırılması məsələsini həll etmək və Baltik ölkələrindən deportasiya olunmuş şəxslərə təzminat ödəmək üçün Rusiyadan kompensasiya almaq niyyətindədir: “Eyni zamanda hökumət Avropa İttifaqı səviyyəsində Rusiyanı 13 yanvar hadisələri və Myadininkay qətllərinin araşdırılmasına məcbur etmək və cinayətkarları hüquqi məsuliyyətə cəlb etmək siyasəti yürüdəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR