Bank Of Baku

Gürcüstan ombudsmanı Polşa hökumətinin mükafatından imtina edib

Gürcüstan ombudsmanı Polşa hökumətinin mükafatından imtina edib
# 05 dekabr 2008 08:42 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan ombudsmanı Sozar Subari insan hüquqlarının müdafiəsi sahəsində Polşa Respublikasının “Xidmətlərinə görə Qızıl Xaç” mükafatı ilə təltif olunsa da, bu mükafatdan imtina edib. APA-nın məlumatına görə, ombudsman bu ali mükafata Polşa prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə layiq görülüb. Təltif etmə mərasimi dünən keçmiş Auşvits hərbi əsir düşərgəsində keçirilməli olsa da, Sozar Subari Polşa prezidentinə müraciət edərək mükafatdan imtina etdiyini bildirib.

Ombudsmanın bu addımı atmasına səbəb Polşa tərəfinin Sozar Subarini mükafatla təqdim etməyə razılıq verməsi üçün Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət etməsidir: “Hakimiyyət tərəfindən hüquqları pozulmuş insanları müdafiə etmək mənim vəzifəmdir. İnsan hüquqlarının pozulmasının sistematik xarakter daşıması xüsusilə narahatlıq doğurur. Bunun əsas səbəbi hakimiyyətin, ilk növbədə prezidentin insan hüquqlarını müdafiə etmək iradəsinin olmamasıdır. Mən bu fikrimi hesabatlarımda dəfələrlə qeyd etmişəm. Təqdim etdiyiniz mükafatı almaq mənim üçün böyük şərəf olardı. Mən bu mükafatı Gürcüstanda demokratik prinsiplərin bərqərar olmasına dəstək, hüquqları pozulan insanlarla həmrəylik jesti kimi qəbul edirəm. Lakin mənin mükafata təqdim olunmağım üçün son qərarın prezident Saakaşvili tərəfindən verildiyi məlum olduqdan sonra bu mükafatdan imtina etməyi özümə borc bilirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR