Bank Of Baku

Moskva və bütün Rusiyanın patriarxı II Aleksi vəfat edib - YENİLƏNİB

Moskva və bütün Rusiyanın patriarxı II Aleksi vəfat edib - <font color=red>YENİLƏNİB</font>
# 05 dekabr 2008 10:26 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Moskva patriarxlığının mətbuat xidmətinin rəhbəri Vladimir Viqilyanski patriarxın bu gün səhər Predelkonoda yerləşən iqamətgahında dünyasını dəyişdiyini bildirib. V. Viqilyanski ölümün səbəbləri barədə açıqlama verməyib. Amma II Aleksinin hələ 2002-ci ildə ağır insult keçirdiyi bəllidir. O, bir müddət İsveçrədə müalicə də olunub.
II Aleksi – Aleksey Mixayloviç Ridiger 1929-cu ildə Estoniyanın paytaxtı Tallinn şəhərində, din xadiminin ailəsində dünyaya gəlib. 1949-cu ildə Leninqrad Ruhani Seminariyasını, 1953-cü ildə isə Leninqrad Ruhani Akademiyasını bitirib. 1950-ci ildə keşişiliyə, 1961-ci ildə rahibliyə qəbul olunub. Leninqrad və Novqorod mitropoliti olub, Tallin və Eston Yeparxiyasına başçılıq edib. 1990-cı il iyunun 10-da Rus Pravoslav Kilsəsinin rəhbəri seçilib. İlahiyyat elmləri doktoru II Aleksi SSRİ-nin xalq deputatı, Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı, Rusiya Təhsil Akdemiyasının akademiki, MDB Dinlərarası Şurasının fəxri sədri, Rusiya prezidenti yanında Dini Birliklərlə Əlaqə Şurasının üzvü olub və çoxsaylı orden və mükafatlarla təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR