Bank Of Baku

İnquşetiya paytaxtında atışma gedir

İnquşetiya paytaxtında atışma gedir
# 06 dekabr 2008 11:11 (UTC +04:00)
Nazran-APA. İnquşetiya paytaxtında hüquq-mühafizə orqanları şəxsi evlərin birində gizlənən terrorçuları mühasirəyə alıblar. APA-nın məlumatına görə, səhər saatlarından başlayana atışmada indiyə kimi ən azı iki terrorçu öldürülüb. Hazırda Nazranda atışma davam edir. Qeyd edək ki, dünəndən etibarən İnquşetiyada kriminal durum gərginləşib. Axşam saatlarında naməlum şəxslər Nazrandakı kafe-barlardan birini atəşə tutub, sonra isə oranı yandırıblar. Hadisə yerinə gələn milis əməkdaşları ilə terrorçular arasında atışma baş versə də, xəsarət alan olmayıb. Səhər saatlarında isə Sunjen rayonunda naməlum şəxslər hərbi hissəyə basqın ediblər. Hərbi hissənin ərazisi avtomat və qumbaraatanlardan atəşə tutulub. Ölən və yaralananlar barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR