Bank Of Baku

Gürcüstanın Marneuli şəhərində bu ölkənin Ombudsman Aparatının nümayəndəliyi açılıb

Gürcüstanın Marneuli şəhərində bu ölkənin Ombudsman Aparatının nümayəndəliyi açılıb
# 08 dekabr 2008 20:17 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Marneulidə fəaliyyət göstərəcək nümayəndəlik Ombudsman Aparatının Kvemo Kartli bölgəsi üzrə ofisidir. Açılış mərasimində Gürcüstanın Ombudsmanı Sozar Subari, ölkə prezidentinin milli azlıqlar üzrə müşaviri Tamara Kinçuraşvili, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, Avropa Şurasının nümayəndələri, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, QHT təmsilçiləri iştirak ediblər.

Sozar Subari APA-ya açıqlamasında bu ofisi açmaq üçün 3 ilə yaxın hazırlıq gördüklərini deyib: “Bu ofisi Rustavidə deyil, Marneulidə açmağımızın səbəbi burda azərbaycanlıların kompakt halda yaşamasıdır. Demək olar ki, Marneuli-azərbaycanlıların mərkəzidir, digər Dmanisi, Bolnisi, Qardabani rayonları da bura yaxındır. Burda Ombusman Aparatının maraqlanacağı problemlər çoxdur. Burda işləyəcək şəxslərdən də bir neçəsi azərbaycanlılardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR