Bank Of Baku

Ukrayna Ali Radasının sədri Vladimir Litvin yeni koalisiyanın yarandığını elan edib

Ukrayna Ali Radasının sədri Vladimir Litvin yeni koalisiyanın yarandığını elan edib
# 10 dekabr 2008 08:02 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasının yeni sədri Vladimir Litvin “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və öz blokunun iştirakı ilə yeni koalisiyanın yarandığını elan edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Litvin yeni koalisiyanın formalaşması üçün lazımi sayda millət vəkilinin imzasının (azı 226) olduğunu açıqlayıb. “Yuliya Timoşenko” blokunun üzvü Valeri Pisarenko da koalisiyanın formalaşması üçün zəruri olan bütün sənədlərin hazırlandığını və imzalandığını bəyan edib: “Koalisiyanın yeni üzvü var və o da məsuliyyəti bölüşərək müəyyən sayda portfel alacaq”.
Regionlar Partiyası isə V. Litvinin spiker seçilməsinə səs verən Kommunist Partiyasının dəstəyi olmadan yeni koalisiyanın fəaliyyət göstərə biləcəyini şübhə altına alıb. RP-nin parlament fraksiyasının liderlərindən biri olan Aleksandr Yefremov kommunistlərin millətçilərlə necə çalışacağını təsəvvür etmədiklərini söyləyib. O bildirib ki, kommunistlərin səsləri olmadan yeni koalisiya qərarların qəbulu üçün tələb olunan 226 səsi əldə edə bilməyəcək.
Qeyd edək ki, koalisiyanı formalaşdıran fraksiyaların cəmi 214 üzvü – “Yuliya Timoşenko” blokundan 154, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi”ndən 40 və Litvinin blokundan 20 deputat - Vladimir Litvinin parlamentin sədri seçilməsinə səs verib. “Bizim Ukrayna”nın 32 deputatı səsverməyə qatılmayıb. Bu isə prezident Viktor Yuşşenkonun yeni koalisiyanı dəstəkləmədiyinə dair iddiaların səslənməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR