Bank Of Baku

Gürcüstanın yeni xarici işlər naziri: “Rusiya ilə bağlı siyasətimiz dəyişməyəcək”

Gürcüstanın yeni xarici işlər naziri: “Rusiya ilə bağlı siyasətimiz dəyişməyəcək”
# 10 dekabr 2008 11:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Müharibə davam edir, buna görə də sutkada 24 saat işləmək lazımdır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin kollektivinə təqdimat zamanı qurumun yeni rəhbəri Qriqol Vaşadze söyləyib. O, Gürcüstanın Rusiyaya münasibətdə xarici siyasətinin dəyişməyəcəyini bildirib: “Bizim Rusiyaya nəzərən siyasətimiz həmişə düşünülmüş və bu ölkəyə dərin hörmət üzərində qurulub”. Qriqol Vaşadze Gürcüstanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri postuna namizədin yaxın zamanlarda irəli sürüləcəyini deyib. Qeyd edək ki, xarici işlər naziri Eka Tkeşelaşvili istefaya göndərildikdən sonra Gürcüstanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri İrakli Alasaniya tutduğu postdan könüllü istefa verib.

Qriqol Vaşadzenin xarici işlər naziri postuna təyinatı ölkədə müxtəlif reaksiyalara səbəb olub. Həm Gürcüstan, həm də Rusiya vətəndaşlığına sahib olan Vaşadzenin XİN başçısı təyin olunması Tiflisin Moskva ilə münasibətləri normallaşdırmaq cəhdi kimi qiymətləndirilir. Bu iddiaya səbəb yeni XİN başçısının bir çox rus diplomatları ilə gözəl münasibətlərinin olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR