Bank Of Baku

Yekaterina Tkeşelaşvili Milli Təhlükəsizlik Şurasının katibi ola bilər

Yekaterina Tkeşelaşvili Milli Təhlükəsizlik Şurasının katibi ola bilər
# 10 dekabr 2008 12:32 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanının xarici işlər naziri vəzifəsindən azad olunmuş Yekaterina Tkeşelaşviliyə Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi təklif olunub. APA-nın “Qruziya Onlayn” saytına istinadən verdiyi məlumata görə, bunu Y. Tkeşelaşvilinin özü deyib. O, təklifin prezident Mixail Saakaşvilidən daxil olduğunu açıqlayıb.

Xatırladaq ki, Y. Tkeşelaşvili dekabrın 5-də hökumətdə aparılan kadr dəyişiklikləri nəticəsində xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə bu vəzifəyə Qriqol Vaşadze təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR