Bank Of Baku

Eldar Ryazanovun yuxu arteriyasında əməliyyat aparılıb

Eldar Ryazanovun yuxu arteriyasında əməliyyat aparılıb
# 10 dekabr 2008 13:33 (UTC +04:00)
Moskva-APA. Məşhur kinorejissor Eldar Ryazanovun səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, ürək-damar sistemində ciddi problemləri olan rejissor təcili xəstəxanaya çatdırılıb. Həkimlər Eldar Ryazanovun insult və tam hərəkətsizlik təhlükəsi ilə üz-üzə olduğunu bildirirlər. Bu səbəbdən kinorejissor üzərində əməliyyat aparılmasına qərar verilib. Ryazanov əməliyyat olmağa razılıq verməsə də, həkimlər onu fikrindən döndərməyə müvəffəq olublar. Bu gün səhər başlayan cərrahiyyə əməliyyatı iki saat yarım davam edib. Yuxu arteriyasında əməliyyat aparılan xəstənin durumu normaldır, həkimlər Ryazanovun iki gün sonra sərbəst şəkildə gəzə biləcəyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR