Bank Of Baku

Qazaxıstan ATƏT-in sammitini Astanada keçirməyi təklif edib

Qazaxıstan ATƏT-in sammitini Astanada keçirməyi təklif edib
# 10 dekabr 2008 14:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Astana 2010-cu ildə Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi müddətdə qurumun sammitini keçirməyə hazırdır. APA-nın məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə keçirdiyi ənənəvi illik görüşdə bildirib ki, Qazaxıstan dünyada vəziyyətin dinamik dəyişilməsini nəzərə alaraq, ATƏT-ə sədrlik edəcəyi dövrdə fəaliyyətinin prioritetlərini müəyyənləşdirməyə başlayıb: “ATƏT-in fəaliyyətinə yeni impuls verməyin vacibliyi şəraitində sammitin keçirilməsi ideyası əhəmiyyətli məna daşıyır”. Qeyd edək ki, ATƏT-in sonuncu sammiti 1996-cı ildə Lissabonda keçirilib. Bu il dekabrın 4-5-də Helsinkidə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasında sammit keçirmək təklifləri səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR