Bank Of Baku

Gələn il yanvarın sonunda Moskva və bütün Rusiyanın yeni patriarxı seçiləcək

Gələn il yanvarın sonunda Moskva və bütün Rusiyanın yeni patriarxı seçiləcək
# 10 dekabr 2008 14:49 (UTC +04:00)
Moskva – APA. Rus Pravoslav Kilsəsinin Baş Məclisinin 2009-cu il yanvarın 28-29-da keçiriləcək yığıncağında yeni patriarx seçiləcək. APA-nın məlumatına görə, bunu “Exo Moskvı” radiosuna açıqlamasında Kiyev və bütün Ukraynanın mitropoliti Vladimir deyib. Patriarx vəzifəsinə namizədləri Arxiyerey Məclisi müəyyən edəcək. Rusiya mətbuatında patriarx postuna əsas namizədlər kimi Smolensk və Kalininqrad mitropoliti Kirill, həmçinin Kalujsk və Borovsk mitropoliti Klimentin adları çəkilir.

Xatırladaq ki, Moskva və bütün Rusiyanın patriarxı II Aleksi dekabrın 5-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR