Bank Of Baku

Rusiyada yeni Su-34 bombardmançı təyyarəsinin sınaqları başa çatıb

Rusiyada yeni Su-34 bombardmançı təyyarəsinin sınaqları başa çatıb
# 11 dekabr 2008 14:37 (UTC +04:00)
Moskva – APA. Rusiyanın Lipetsk Aviasiya Mərkəzində yeni Su-34 bombardmançı təyyarəsinin sınaqları başa çatıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinin komandan müavini Vladimir Drik 2008-ci il üçün planlaşdırılan bütün uçuşların həyata keçirildiyini və təyyarənin imkanlarının yoxlanıldığını söyləyib. O bildirib ki, təyyarədə quraşdırılmış bütün növ silahların sınağı uğurlu olub. V. Drik deyib ki, Su-34 eyni anda bir neçə hədəfə zərbə endirə bilir.

Qeyd edək ki, Pavel Suxoy adına Konstruktor Bürosu tərəfindən işlənib hazırlanan Su-34 təyyarələrinin istehsalı ilə Çkalov adına Novosibirsk Aviasiya İstehsalat Birliyi məşğul olur. Rusiya Hərbi Hava Qüvvələri iki aviasiya alayını təchiz etmək üçün 300-ə yaxın Su-34 əldə etməyi planlaşdırır. 2020-ci ilə qədər köhnə Su-24 təyyarələrini yeni təyyarələrlə əvəz etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR