Bank Of Baku

Rusiya neft hasilatını azaltmaq fikrindədir

Rusiya neft hasilatını azaltmaq fikrindədir
# 12 dekabr 2008 11:38 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin neft ixrac edən ölkələrin təşkilatı – OPEK-ə daxil olacağını və qiymətlərin tənzimlənməsi üçün neft hasilatını azaldacağını istisna etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev bunu Ural Federal Dairəsinin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə deyib. O, neft və qazı Rusiyanın gəlir bazası adlandıraraq müdafiə tədbirləri görməyi zəruri sayıb: “Müdafiə tədbirləri həm neft hasilatının azaldılması, həm də neft ixracatçılarının mövcud təşkilatlarında və yeni yaranan qurumlarda iştirakdan ibarət ola bilər. Hesab edirəm ki, heç bir variantı istisna etməməliyik. Bir daha təkrar edirəm ki, söhbət ölkəmizin gəlir bazasından, inkişafından gedir və biz hər hansı mücərrəd meyarları, beynəlxalq təşkilatların tövsiyələrini rəhbər tutmamalıyıq. Milli maraqlarımıza uyğun olan nədirsə, onu edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR