Bank Of Baku

Dmitri Medvedevin çıxışı zamanı insident baş verib

Dmitri Medvedevin çıxışı zamanı insident baş verib
# 12 dekabr 2008 15:18 (UTC +04:00)
Moskva – APA. Rusiya prezidenti Dmitri Medvedev Rusiya Konstitusiyasının qəbulunun 15 illiyinə həsr olunmuş elmi-praktik konfransda çıxış edərkən insident baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev çıxışında Konstitusiyanın ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üçün yaratdığı imkanlardan söz açarkən zaldakı gənclərdən biri bu yaxınlarda Konstitusiyaya edilmiş dəyişikliklərə ucadan etirazını bildirib. 10-cu sırada oturan gənc “Pozor popravkam v Konstitutsiyu, nujnı svobodnıye vıborı!”, deyə qışqırıb. Prezident çıxışını davam etdirmək istəsə də, səs kəsilməyib. Mühafizə xidməti tədbir görmək istədikdə dövlət başçısı buna etiraz edib: “Qoy qalıb dinləsin. Konstitusiya elə ona görə qəbul olunub ki, hər kəs öz mövqeyini bildirə bilsin”. D. Medvedevin bu sözlərinə baxmayaraq, mühafizəçilər şüar qışqıran şəxsi zaldan çıxarıblar. Bu şəxsin müxalifətçi “Mı” Gənclər Hərəkatının qurucusu, “Çastnıy korrespondent” qəzetinin müxbiri Roman Dobroxotov olduğu müəyyənləşdirilib. Onun haqqında inzibati qaydada tədbir görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR