Bank Of Baku

Ukrayna parlamenti “Qazprom”a borcun ödənməsi üçün büdcədən əlavə vəsait ayırıb

Ukrayna parlamenti “Qazprom”a borcun ödənməsi üçün büdcədən əlavə vəsait ayırıb
# 12 dekabr 2008 15:57 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası dövlət büdcəsinə dəyişikliklə bağlı qanun qəbul edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən “Naftoqaz Ukrainı” Dövlət Şirkətinə 3,2 milyard qrivna (630 milyon dollardan çox) pul ayrılacaq. Bu vəsait şirkətin “Qazprom”a olan borcunun ödənilməsində istifadə ediləcək. Xatırladaq ki, Ukraynanın təbii qaz idxalına görə Rusiyaya 2,4 milyard dollar borcu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR