Bank Of Baku

Rusiya hökuməti Qırğızıstana 2 milyard dollar yardım ayıracaq

Rusiya hökuməti Qırğızıstana 2 milyard dollar yardım ayıracaq
# 12 dekabr 2008 16:07 (UTC +04:00)
Moskva – APA. Bu ilin sonuna qədər Rusiya hökuməti Qırğızıstana 2 milyard dollar məbləğində maliyyə vəsaiti ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Vladimir Putin deyib. O bildirib ki, məbləğin 1,7 milyard dollarlıq hissəsi iri infrastruktur layihələrinin həyata keçirilməsinə, 300 milyon dolları isə büdcənin dəstəklənməsinə sərf olunacaq.

Qeyd edək ki, hazırda Qırğızıstanda ciddi enerji böhranı yaranıb. Hakimiyyət əhaliyə elektrik enerjisinin verilməsini tez-tez dayandırmalı olur. Bəzi məktəblər bu səbəbdən bağlanıb, digərlərində isə tətilin müddəti uzadılıb. Noyabr ayına qədər tətbiq olunan qənaət rejimi kömək etməyib. Xatırladaq ki, Rusiya hökuməti Belarusa da 2 milyard dollar ayırıb, İslandiyaya isə 4 milyard dollar ayrılması üçün danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR