Bank Of Baku

Ermənistan Daxili Qoşunlarının sabiq komandanı mitinqçilərə atəş açmaq barədə əmr verdiyini etiraf edib

Ermənistan Daxili Qoşunlarının sabiq komandanı mitinqçilərə atəş açmaq barədə əmr verdiyini etiraf edib
# 13 dekabr 2008 08:29 (UTC +04:00)
APA-nın “Armtoday” saytına istinadən yaydığı məlumata görə, Q. Qriqoryan İrəvanda martın 1-2-də baş vermiş hadisələri araşdıran müvəqqəti parlament komissiyasına ifadə verib. O, silahlı mitinqçiləri zərərsizləşdirmək üçün snayperdən istifadə etmək barədə əmr verdiyini deyib. General bildirib ki, iğtişaş zamanı nümayişçilər hərbçilərə doğru qumbaralar atıblar, nəticədə bir neçə hərbçi ağır yaralanıb və sonradan onlardan biri keçinib. O, snayperə düzgün mövqe seçməyi və hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açılmasına yol verməməyi tapşırdığını söyləyib. Bir qədər sonra snayper məlumat verib ki, silahlı şəxslərdən birini ayağından vuraraq zərərsizləşdirib. Amma yaralını yaxalamaq və şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Q. Qriqoryan hadisələrdən əvvəl müxalifət tərəfdarlarının polislərə qarşı istifadə etmək üçün Gürcüstandan xüsusi vasitələr gətirdikləri haqda informasiya aldıqlarını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR