Bank Of Baku

Türkmənistanda parlament seçkiləri keçirilir

Türkmənistanda parlament seçkiləri keçirilir
# 14 dekabr 2008 10:31 (UTC +04:00)
Bakı-APA. Bu gün Türkmənistanda 4-cü çağırış Məclisə seçkilər keçirilir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da (Moskva vaxtı ilə saat 06.00) Türkmənistan ərazisində 2118, xaricdə isə 27 seçki məntəqəsində səsverməyə start verilib. Yerli vaxtla saat 18.00-dək davam edəcək səsvermənin gedişini Türkmənistan tarixində ilk dəfə olaraq MDB, BMT və ATƏT-dən müşahidəçilər izləyəcək.

Türkmənistan parlamentində 125 yer uğrunda 288 namizəd mübarizə aparır. Deputatlar 5 il müddətinə seçilir.

“Exit-poll”un və səsvermənin ilkin nəticələrinin nə vaxt açıqlanacağı məlum deyil. Bununla belə, Türkmənistan Mərkəzi Seçki Komissiyası 10 gündən gec olmayaraq, seçkinin rəsmi nəticələrini mətbuatda dərc etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR