Bank Of Baku

Rusiyada gələn il mənzillərin qiyməti 60 faiz ucuzlaşacaq

Rusiyada gələn il mənzillərin qiyməti 60 faiz ucuzlaşacaq
# 15 dekabr 2008 10:45 (UTC +04:00)
Moskva-APA. Yaxın günlərdə Rusiyada daşınmaz əmlakın qiymətləri sürətlə ucuzlaşmağa başlayacaq. APA-nın məlumatına görə, Rusiya Əmanət Bankı (Sberbank Rossii) 2009-cu ilin son rübündə ölkədə mənzillərin qiymətinin 40-60 faiz ucuzlaşacağını proqnozlaşdırıb. Ucuzlaşma prosesi Moskvada regionlara nisbətən daha yüksək templə gedəcək. Proqnozlara görə, regionlarda evlərin qiyməti maksimum 40 faiz ucuzlaşacaq. Rusiya Əmanət Bankının analitikləri hesab edir ki, qiymətlərin bu qədər sürətlə ucuzlaşması ölkədə tikinti sektorunun fəaliyyətini tam iflic vəziyyətinə salaraq əmlak bazarında qeyri-stabilliyi artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR