Bank Of Baku

Moskvada zibil qutusunda 6 körpə meyiti tapılıb

Moskvada zibil qutusunda 6 körpə meyiti tapılıb
# 15 dekabr 2008 10:53 (UTC +04:00)
Moskva-APA. Moskvanın Şimal-Şərq inzibati ərazisində zibil qutularından birində 6 körpə uşaq meyiti aşkarlanıb. APA-nın məlumatına görə, qara sellofan torbalara bükülmüş meyitlər Annenski küçəsində tapılıb. Ekspertlər tapılan meyitlərin vaxtından əvvəl doğulmuş uşaqlara məxsus olduğunu güman edirlər. Faktla bağlı cinayət işi başlanıb. Meyitlərin zibil qutusuna kim tərəfindən atıldığı araşdırılır. Hazırda ərazidə yerləşən doğum evləri və tibb müəssisələrindən yoxlamalara başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR