Bank Of Baku

Rusiyada vətənə xəyanət və casusluq fəaliyyətinə görə cəzalar sərtləşdirilir

Rusiyada vətənə xəyanət və casusluq fəaliyyətinə görə cəzalar sərtləşdirilir
# 15 dekabr 2008 11:29 (UTC +04:00)
Moskva-APA. Rusiya Cinayət Məcəlləsində dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıyan şəxslərin sıraları genişləndirilib. APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin “Dövlət sirrinin açıqlanması” maddəsinə təklif olunan dəyişikliyə əsasən, dövlət sirrini əldə edən şəxsləri 5 il həbs cəzası, yaxud 500 min rubl cərimə gözləyir. Bu cəza dövlət sirrinin açıqlanmasında iştirak səviyyəsindən asılı olmayaraq hər kəsə tətbiq olunacaq. Cinayət Məcəlləsinin “Vətənə xəyanət” maddəsində də xəyanət anlayışı yeni redaktədə verilib. Yeni redaktədə “düşmənçilik fəaliyyəti” ifadəsi çıxarılıb. Qanunvericiliyə təklif olunan dəyişiklikdə bildirilir ki, Vətənə xəyanətdə ittiham olunan şəxslərin “düşmənçilik fəaliyyəti” ilə məşğul olmasını sübuta yetirmək əksər hallarda mümkün olmur və vəkillər öz müştərilərini məsuliyyətdən azad etmək üçün bu boşluqdan istifadə edirlər. Dövlət Dumasına təklif olunan dəyişikliklərdə “casusluq fəaliyyəti” anlayışının da yeni redaktədə verilməsi məqbul sayılıb. Yeni redaktəyə əsasən, məxfi informasiyanı təkcə xarici dövlətlərə deyil, həmçinin beynəlxalq təşkilatlara ötürən şəxslər də casus hesab olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR