Bank Of Baku

MDB müşahidəçilərinin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçiriləcək

MDB müşahidəçilərinin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçiriləcək
# 16 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Müstəqil Dövlətlər Birliyi (MDB) İcra Komitəsinin Belarusun paytaxtı Minsk şəhərində yerləşən ofisində “MDB müşahidəçilərinin 2008-ci ildə MDB ölkələrində keçirilən seçkilərdəki fəaliyyəti. Təcrübə, işin təkmilləşdirilməsi yolları” mövzusunda dəyirmi masa keçiriləcək. İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iştirakçılar müasir seçkilər və beynəlxalq seçki standartları, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini müzakirə edəcək, uzunmüddətli və qısamüddətli monitorinqlər barədə təcrübə mübadiləsi aparacaqlar. MDB-nin icra katibi Sergey Lebedevin də qatılacağı tədbirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan mərkəzi seçki komissiyalarının, xarici işlər nazirliklərinin nümayəndələri və deputatlar iştirak edəcəklər. Dəyirmi masaya ATƏT-in fəaliyyətdə olan sədrinin seçkilər üzrə xüsusi nümayəndəsi Kimmo Kilyunen və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun eksperti Vadim Jdanoviç də qatılacaq.

Qeyd edək ki, MDB müşahidəçiləri bu il MDB məkanında keçirilən 8 prezident və parlament seçkilərini izləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR