Bank Of Baku

Ukrayna parlamentində 3 blokdan ibarət yeni koalisiya yaranıb

Ukrayna parlamentində 3 blokdan ibarət yeni koalisiya yaranıb
# 16 dekabr 2008 12:30 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radasında “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin blokundan ibarət koalisiyanın yaradılması haqqında saziş imzalanıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, sazişi “Yuliya Timoşenko” fraksiyasının sədri İvan Kirilenko, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun sədr müavini Boris Tarasyuk və Litvinin blokundan İqor Şarov imzalayıblar. İ. Kirilenko koalisiyanın “Milli inkişaf, sabitlik və qayda-qanun” adlanacağını deyib. O, sazişə üç önəmli müddəanın daxil edildiyini açıqlayıb. Sənədə əsasən Ukraynanın NATO-ya üzvlüyü məsələsi ümumxalq referendumu ilə həll ediləcək. Litvinin blokunun təklifi əsasında torpaqların özəlləşdirilməsi parlamentdə müvafiq qanunların qəbulundan sonra həyata keçiriləcək. Üçüncü məsələ isə milli-azadlıq mübarizəsi iştirakçılarının statusunun tanınması ilə bağlıdır. (Söhbət ötən əsrin 40-cı illərində sovet hökumətinə və faşistlərə qarşı döyüşən Ukrayna Üsyançı Ordusunun əsgər və zabitlərindən gedir.) Bununla əlaqədar xüsusi qanunun qəbulu nəzərdə tutulub.
Qeyd edək ki, koalisiya sazişi “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun tərkibində böhrana səbəb olub. 72 üzvdən ibarət fraksiyanın cəmi 37 üzvü sazişə imza atıb. 35 millət vəkili isə bu şərtlərdə Yuliya Timoşenko ilə koalisiyanın əleyhinədir. Bu səbəblə fraksiyanın 2 həmsədri – prezident Viktor Yuşşenkoya yaxın şəxslər sayılan Vyaçeslav Kirilenko ilə Roman Zvarıç həmsədrlikdən istefa veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR