Bank Of Baku

Belarus parlamentinin komissiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsinin müzakirəsinə başlayıb

Belarus parlamentinin komissiyası Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsinin müzakirəsinə başlayıb
# 16 dekabr 2008 16:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Belarus parlamentinin beynəlxalq münasibətlər və MDB ölkələri ilə iş üzrə daimi komissiyası Abxaziya və Cənubi Osetiya parlamentlərinin onların müstəqilliyinin tanınması barədə müraciətlərinin müzakirəsinə başlayıb. APA-nın BELTA-ya istinadən məlumatına görə, Belarus parlamentinin aşağı palatasının spikeri Vladimir Andreyçenko jurnalistlərə bildirib ki, Cənubi Osetiyanın müraciəti parlamentə dekabrın 1-də daxil olub, Abxaziya isə daha əvvəl müraciət edib. Belarus milli qanunvericiliyinə əsasən, bu məsələ komissiyada müzakirə olunandan sonra Nümayəndələr Palatasına təqdim ediləcək: “Abxaziya və Cənubi Osetiya xalqları Belarusla dost xalqlardır. Bizim ölkə Cənubi Osetiyaya yardım edən ilk ölkələrdən biridir”. Qeyd edək ki, bu gün Minskdə Belarus və Rusiya Parlament Məclisinin 35-ci sessiyası keçirilib. İclasda qurumun 2009-cu il üçün iş qrafiki təsdiqlənib. Qrafikəə Parlament Məclisinin Abxaziya və Cənubi Osetiya ərazilərində səyyar iclaslarının keçirilməsi də daxil edilib. Abxaziya və Cənubi Osetiya parlamentləri Parlament Məclisində müşahidəçi statusuna malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR