Bank Of Baku

Tanınmış şoumenin evinə basqın edilib

Tanınmış şoumenin evinə basqın edilib
# 17 dekabr 2008 07:47 (UTC +04:00)
Moskva – APA. Tanınmış prodüser və teleaparıcı Aleksandr Tsekalonun Moskva ətrafındakı evinə basqın edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, maskalı və silahlı şəxslər dekabrın 16-da axşam şoumenin Qluxovo qəsəbəsindəki evinə daxil olublar. Həmin vaxt A. Tsekalo ailəsi ilə birlikdə evdə qızının ad gününü qeyd edirmiş. Cinayətkarlar A. Tsekalonu və həyat yoldaşı Viktoriyanı iplə bağlayaraq evi axtarmağa başlayıblar. Onlar 7 milyon rubl pul və 4 milyon rubl dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar. Fakt üzrə cinayət işi qaldırılıb, evdə operativ istintaq qrupu işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR