Bank Of Baku

Viktor Yuşşenko parlamentdə yaradılan yeni koalisiyanı tanımadığını bəyan edib

Viktor Yuşşenko parlamentdə yaradılan yeni koalisiyanı tanımadığını bəyan edib
# 17 dekabr 2008 14:20 (UTC +04:00)
Kiyev – APA. “Bizim Ukrayna-Xalq İttifaqı” Partiyası “Yuliya Timoşenko” bloku və Litvinin bloku ilə koalisiya sazişinə imza atan partiya üzvləri haqqında tədbir görəcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna qəzetlərinə müsahibəsində prezident Viktor Yuşşenko deyib. O, “Bizim Ukrayna-Xalq İttifaqı” Partiyasının son qurultayında “Yuliya Timoşenko” bloku ilə koalisiyanın məqsədəuyğun olmadığı haqda qərar qəbul edildiyini xatırladıb. V. Yuşşenko bildirib ki, bu qərarı pozan deputatlar partiyadan və deputat statusundan məhrum ediləcəklər: “İstənilən siyasi qüvvə məhz bu cür davranardı. Bu, əslində yaxşı prosesdir, təmizləmədir. Mən bizim insanların öz seçimini müəyyənləşdirməsini çoxdan gözləyirdim. Onların seçiminə hörmət edirəm”.
V. Yuşşenkonun sözlərinə görə, “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin blokundan ibarət koalisiya hüquqi cəhətdən formalaşmayıb və gizli sövdələşmənin nəticəsidir: “Bu koalisiyanın siyasi korrupsiya əsasında yaranması faktdır. Bu alyans faktiki olaraq çoxluğa malik deyil və yalnız Kommunist Partiyasının dəstəyi ilə fəaliyyət göstərə bilər. Bu isə daha böyük ayıbdır”.
Dövlət başçısı əmindir ki, bu cür koalisiya yalnız və yalnız Yuliya Timoşenkonu baş nazir kreslosunda saxlamaq üçün yaradılıb.
Xatırladaq ki, parlamentdə 72 deputatı olan “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” fraksiyasının 37 üzvü “Yuliya Timoşenko” bloku və Litvinin bloku ilə koalisiya sazişinə imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR